TOP 10

Pley-off oyunlarına hakim təyinatları açıqlandı

Futbol
Tarix: 2019-05-13 14:09

Sabah futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin həlledici - 3-cü oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, artıq bu oyunlara hakim təyinatları açıqlanıb.


Həmin təyinatları təqdim edirik:


Yüksək Liqa
Pley-off mərhələsi, 3-cü oyunlar

14 may


Araz – EKOL
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Fuad Həsənov.
Bakı İdman Sarayı. Saat 14:30.
Oyunların nəticələri: 4:6, 3:0.


Neftçi İK – Xəzər Cənub
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev.
Bakı İdman Sarayı. Saat 17:00.
Oyunların nəticələri: 4:3, 4:8.

Yeri gəlmişkən qeyd edək ki, həlledici matçları da bir neçə futzalçı kənardan izləyəcək. Belə ki, sarı vərəqə limitini doldurduğuna görə EKOL-dan Fərid Ələkbərov, “Neftçi”dən isə Salar Şahnazi qarşıdakı oyunu buraxacaq. Son matçda qırmızı vərəqə alan Ramiz Çovdarov da EKOL-a kömək edə bilməyəcək. Emin Kürdovla (EKOL) Rüfət Balakişiyevin (Neftçi) cəzası isə davam edir. Əvəzində “Araz”ın iki oyunçusunu cəzası başa çatır. Belə ki, Xətai Bağırov və İsa Atayev meydana çıxa biləcək.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB