TOP 10

Azərbaycanı Madriddə təmsil edəcək futbolçulardan daha bir görüş - FOTOLAR

Futbol
Tarix: 2019-05-13 11:32

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün son turu çərçivəsində baş tutan “Zirə” ilə oyundan öncə “Dostluq üçün futbol” layihəsiylə bağlı Madridə yollanacaq “Sabah” futbol klubunun üzvləri futbolçularla görüşüblər. Sport24.az xəbər verir ki, sosial layihədə ölkəmizi təmsil edəcək azyaşlılar əsas komandanın futbolçularının qoluna turnirin simvolu olan mavi-yaşıl rəngli qolbağı bağlayıblar.


Qeyd edək ki, “Sabah” futbol klubu (FK) bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq. Mayın 28-dən iyunun 2-dək İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində klubun üzvləri də iştirak edəcək.


Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər. Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar. Azərbaycanı Madriddə “Sabah”ın U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.


Qeyd edək ki, “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə ehtiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB