TOP 10

Azərbaycan boksçularından Rusiyada 2 qızıl, 1 bürünc medal!

Boks
Tarix: 2019-05-12 22:34

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.


52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib.


Məhəmməd Abdullayev (+91 kq) də həlledici görüşü qələbə ilə bitirib. O, finalda moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.


Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan qabaqlayıb. Rusiya boksçuları isə “üçlüy”ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.

 

 

AYAZ QURBANOV

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB