TOP 10

Azərbaycan Kubokunun finalı bu hakimə həvalə olundu - EKSKLÜZİV

Futbol
Tarix: 2019-05-12 15:16

Mayın 19-da Naxçıvanda keçiriləcək 2018/19 mövsümünün Azərbaycan Kubokunun final matçının baş hakimi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, titul uğrunda həlledici qarşılaşma İnqilab Məmmədova həvalə olunacaq.

 

Bu, çimərlik futbolu üzrə FİFA referisi olan 36 yaşlı referinin karyerasında ilk belə mötəbər matç olacaq. İnqilab bu mövsümdə 19 qarşılaşmada baş hakim olub ki, bunlardan 17-si Premyer Liqada, 2-si Kubokda olub. Saat 16:00-da start götürəcək final görüşündə “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək.

 

Qeyd edək ki, ötən il "Qəbələ" - "Keşlə" finalını bu ildən FİFA referimiz olan Rauf Cabarov idarə etmişdi. Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesabıyla qələbə qazanaraq tarixində ilk dəfə Azərbaycan Kubokunu əldə etməsiylə nəticələnmişdi. 

 

 

 

MEHMAN SÜLEYMANOV

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB