1221
1037
1019
1009
996
987
975
963
962
959
1234
1226
1221
1204
1196
1119
1095
1082
1071
1069
“Liverpul”un baş məşqçisi Yurgen Kloppun “Avropa Liqasının finalının Bakıda keçməsi gülməlidi. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər” deməsi əlbəttə ki, ölkəmizdə birmənalı qarşılana bilməzdi. Deyilənlərlə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov Sport24.az-a açıqlama verib.
Assosiasiya rəsmisi alman mütəxəssisin bu cür danışmasını təəccüblə qarşılayıb: “Kloppun sözləri məni sözün heç də yaxşı olmayan mənasında təəccübləndirdi. Onun barədə pozitiv insan kimi fikirləşirdim. Bəli, Klopp çox gözəl nəticələrə nail olmuş böyük futbol mütəxəssisidir. Bununla belə, futbolun coğrafiyasının məhdudlaşdırılması ilə bağlı onun səsləndirdiyi fikirlərlə qəti razı deyiləm. Biz futbol dəyərlərinə hörmətlə yanaşmalıyıq. Futbolun ən vacib dəyərlərindən biri isə onun sərhədlərinin genişləndirilməsi, futbolun qloballaşmasıdır”.
Baş katib finalın paytaxtımızda keçirilməsinin müsbət tərəflərindən də danışıb: “Avropa artıq çoxdan qitənin qərb hissəsinin sərhədlərindən kənara çıxıb. Əminəm ki, Şərqi Avropada keçirilən beynəlxalq oyunlar, avrokubokların finalları futbolun inkişafına, yeniyetmə və gənclər arasında populyarlığının artmasına müsbət təsir göstərir. Bəzilərinin skeptik yanaşmasına baxmayaraq, biz Rusiayada möhtəşəm şəkildə təşkil olunmuş dünya çempionatının şahidi olduq. Eyni sözləri Kiyevdə keçirilmiş Çempionlar Liqası finalı və ÇL-də 10 il əvvəlki İstanbul finalı barəsində də demək olar”.
Məmmədov Kloppun Madriddə baş tutacaq CL finalı öncəsi qiymətlərin qaldırılmasına dair də fikirlərini bölüşüb: “Bəli, ola bilər ki, Çempionlar Liqası finalı ilə əlaqədar bu il Madriddə qiymətlər qalxıb, amma bu, bazar iqtisadiyyatının kənar təsirləridir və böyük idman tədbirləri ərəfəsində bu cür hallar yaşana bilər. O fikirlə də razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çətindir, amma məsafələr əsl azarkeşlər üçün nə vaxt maneə olub ki?!
Sonda həmsöhbətimiz ritorik sualla da yadda qaldı: “Avropa Liqasının final oyunu üçün tenderdə 3 şəhər iştirak edirdi – İstanbul, Sevilya və Bakı. Digər ölkələrin iştirakına kim mane olurdu ki?!
Əminəm ki, Bakıda böyük futbol bayramı olacaq. Eləcə də, Madriddə də unudulmaz günün yaşanacağına əminəm. Finala gözəl hazırlaşmışıq. Otellərdə hələ də boş yerlər var, mağazalarda və restoranlarda kifayət qədər pivə almaq mümkündür, aviaşirkətlər əlavə çarter reysləri açmağı planlaşdırır. Deməli, indi hər kəsin öz işinə konsentrasiya olmasının əsl zamanıdır.
Yurgen Kloppa isə tövsiyə etmək istərdik ki, ölkələri və paytaxtları avrokubokların finallarının keçirilməsi üçün layiqli və layiq olmayanlara bölmək əvəzinə, qlobal futbol dəyərlərinin təbliği ilə məşğul olsun. O, kifayət qədər populyar şəxsdir və fikirlərini bütün dünyada milyonlarla azarkeş izləyir”.
20:34 Azərbaycan çempionatının finalçıları bəlli oldu
20:00 “Liverpul” rekordunu yenilədi
19:30 Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə
19:00 Şenol Günəş Bakıda gördüklərindən razı qalıb: "Burdakı oyunlarda bizə ən azı 50 minlik azarkeş dəstəyi olacağını düşünürəm" - FOTOLAR
18:32 “Payız turniri”nin qalibi bəlli oldu
18:08 İspaniya superkubokunun təqvimi açıqlandı
17:42 Milli komandada baş məşqçi ayrılığı
17:18 "Zirə"də üç debüt birdən
17:00 İran yığmasının baş məşqçisi istefa verdi
16:37 1/4 final mərhələsinin oyun cədvəli açıqlandı
16:16 Türkiyəli baş məşqçi Azərbaycan klubundan ayrıldı
16:00 Zaur Həşimovun "qara siyahısı"ndakı ilk futbolçu bilindi
15:41 “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər
15:26 Şenol Günəş Bakıya gəldi - FOTOLAR
15:20 “Yuventus”un futbolçusu 3 ay oynamayacaq
15:06 "Qarabağ"ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR
15:00 “Zirə”nin ən böyük darmadağını - Azərbaycan Kubokunda
14:40 Birinci Divizion: 13-cü turun hakimləri bilindi
14:20 Premyer Liqada qarşıdakı turun hakim təyinatları açıqlandı
14:18 "Fənərbaxça"nın futbolçusu: "Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq"
14:01 "Şahdağ" 7 futbolçu ilə müqaviləsini pozdu
13:40 Kataloniyanın ən yaxşı futbolçusu
13:21 “Keşlə” 100-ü yarıladı
13:00 Bülənt Korkmaz Azərbaycana səfəri və AFFA-yla danışıqları haqda: "Onlardan biri məni dəvət etdi ki..."
12:41 Millimizin üzvü həbs oluna bilər
12:34 "Extra Time"da "Qəbələ"nin aqibətindən danışılacaq
12:21 Volkov "Qəbələ"dən yeni təklif gözləyir, qeyri-stabil saydığı çempionatımızın bombardiri olmaq iddiasındadı: "Mənə Azərbaycandan da maraq var, kənardan da"
11:46 “Sabah” rekordunu təkrarladı
11:17 Təbriz klubu səfərdən 1 xalla döndü
10:59 Millimizin rəsmi oyunlarında VAR sistemindən istifadə olunacaq
10:44 Millimizin üzvü İngiltərə Futbol Liqası ilə vidalaşdı
10:29 Millimiz Millətlər Liqasında sonuncu səbətdə - Ermənistan yığmasıyla birgə
10:10 TFF prezidenti: “Bakıda bizi dəstəkləmək istəyənlər indidən biletlərini alsınlar”
09:33 Super Liqa klubunda yeni baş məşqçi
22:00 11-ci turun hakim təyinatları açıqlandı
21:30 Sərbəst güləş üzrə məşqçilər üçün seminar
21:05 Azərbaycan çempionatında finalçılar bəlli oldu
20:22 “Sumqayıt” “Zaqatala” səddini belə keçdi - VİDEO
20:02 Turun "Ən"ləri-13: İspanın dirijorluğu, "ansambl"ının tamaşası
19:54 Elxan Məmmədovun təklifi UEFA-da qəbul olundu YENİLƏNDİ
19:46 “Sabah” 5 cavabsız qolla 1/4 finalda - VİDEO
19:34 Ayxan Abbasov azarkeşlərə təşəkkür etdi: "Birinci dəstənin ən döyüşkən futbol oynayan komandası ilə qarşılaşacağımızı bilirdik"
19:15 1/4 finalın cütləri bəlli oldu
19:00 Millimiz Monteneqro yığmasını məğlub etdi
18:53 “Sumqayıt”, “Sabah” və “Zirə” 1/4 finalda
18:44 Jelko Sopiç: "Oyunçu gəlib, qapımı döyüb deməlidir ki, bax..."
18:24 UEFA AVRO-2020 biletləri satışa çıxarılır
18:17 “Zirə”də yeni rekordçu
17:21 Zaur Həşimov: “İlk qola qədər psixoloji gərginlik var idi”
17:14 Şenol Günəş: “Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”
16:55 “Zirə” darmadağınla 1/4 finalda - VİDEO
16:27 “Atletiko” alman futbolçu ilə anlaşdı
16:09 Taekvondoçularımız üçün Moskva sınağı
15:49 “Napoli” qovur, PSJ istəyir
15:22 Yığma komandamız İsrailə bu heyətlə yollanır
15:00 İdman Araşdırmalar Mərkəzi "İlin Qalibləri-2019" üçün namizədləri açıqladı - SİYAHI
14:44 “Barselona”nın sabiq üzvü karyerasını başa vurdu
14:21 Hakimləri söyən məşqçilərə sərt cəzalar
14:00 Turun "5-liy"i: Nəhs tur "Qarabağ"a düşdü, Ağaya yox
13:50 Mahmud Qurbanova 5 oyunluq cəza
13:34 Bordin cəzalı duruma düşdü
13:28 Amerika kubokunun püşkü atıldı
12:33 Millimizin rəqiblərindən biri uduzdu, digəri uddu
12:12 "Uğur"un baş məşqçisi UEFA Region Liqasında püşkdən razı qalıb: "Elə komandalarımız var idi ki, gəzə-gəzə oynayaraq 1-ci yeri tuturdu, indisə 3 xalı əziyyətlə qazanırsan"
12:00 Kiyev "Dinamo"su Azərbaycan Kubokunun qalibinin oğlunu transfer etdi
11:47 Asiyanın ən yaxşı futbolçusu bəlli oldu
11:04 UEFA prezidenti: "Azərbaycanın buna layiq olmadığını düşünmək ayrıseçkilikdi"
10:45 “İnter”də ciddi itki
10:18 İngiltərə yığması AÇ-2020 öncəsi rəqiblərini müəyyənləşdirdi
10:16 “Borussiya”da yeni müqavilə
09:46 Premyer Liqa klubunda yeni müqavilə
09:19 17-ci dəfə Gürcüstan çempionu oldu
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |