TOP 10

Dedov "Zirə"dən təklif gözləyir: "Onun Azərbaycanda digər variantı var, bir də Belarusda iddialı klubun marağındadı"

Futbol
Tarix: 2019-05-10 11:00

Başa çatmaqda olan cari mövsüm "Zirə" üçün uğursuz oldu. Komanda nə avrokuboklar zonasına düşə bildi, nə də ölkə Kubokunun finalına çıxa. Artıq indidən belə söz-söhbətlər gəzir ki, "qartallar"da heyətlə bağlı köklü dəyişikliklər olacaq, hazırkı legionerlər yola salınacaq. Onlardan biri kimi adı hallandırılan Moldova millisinin yarımmüdafiəçisi Aleksandr Dedovla bağlı vəziyyətə aydınlıq gətirmək üçün onun meneceri Sergey Daduyla əlaqə saxladıq. Artıq xeyli vaxtdı FİFA agenti olan Moldova millisinin sabiq hücumçusu, Sport24.az-a müsahibəsində müştərisinin həm "Zirə"ylə bağlı son durumundam, həm də yeni variantlardan danışdı. 

 

- Dedovun "Zirə"ylə müqaviləsi bu ayın sonunda bitir. Hazırda vəziyyət necədi? Aleksandr "Zirə"də qalacaq, yoxsa...?

- Onunla bağlı hazırkı vəziyyət belədir ki, klubdan bizə hələ heç nə deməyiblər. Deməyiblər ki, Dedovu istəyirik, yoxsa yox. Bəli, müqaviləsi var və "Zirə" hələ ki yeni anlaşma təklif etməyib. Ancaq belə başa düşdük ki, rəhbərlik heyəti  tam dəyişmək istəyir. Bilmirəm ki, bu, nə dərəcədə həqiqətdi. Çünki rəhbərliklə hələ danışmamışıq. Onlar bizimlə əlaqəyə girmirlər. Buna görə belə qeyri-müəyyən vəziyyət yaranıb.

 

- Hər halda, çempionatın sonuna 1 tur qalıb ki, bu da "Zirə" üçün formal xarakter daşıyır. Aleksandr yaxın günlərdə bilməlidir ki, klubu onunla bağlı hansı qərarı qəbul edəcək...

- Saşa (Aleksandr nəzərdə tutulur-müəllif.) qalmaq istəyir. Təbii ki. digər daha sərfəli təklif olmasa. Ancaq nəzərə alsaq ki, "Zirə" ona heç nə təklif etmir, artıq yeni variantları axtarırıq.

 

- Bilmək olar konkret hansı variantlardı?

- Konkret variantımız var. Bu, Belarusdadı. Ciddi bir klubdu, 1-ci yer uğrunda mübarizədə iştirak edir. Ya Çempionlar Liqasına, ya da Avropa Liqasına düşməyə çalışır. Necə olacağını zaman göstərəcək.

 

- Maraqlıdı, hansı klubdu?

- Hələ konkret ad açıqlamayım. Bu da Dedovla maraqlanan kluba ona hörmətdən irəli gəlir. Ümid edirəm ki, bir neçə günə hər şey aydınlıq gəlcək.

 

- Digər variantlar varmı? Yoxsa Azərbaycala Belarusa diqqətinizi yönəltmisiniz?

- Variantlar həmişə olur. Əsas yaxşı, peşəkar komandaya getməkdi. Çünki Kiprə, yaxud bilmədiyim yerə getmək Dedov üçün maraqsızdı. Ona elə klub lazımdı ki, Çempionlar Liqası və ya Avropa Liqası uğrunda mübarizə aparsın.

 

- Dedov baş məşqçisi Samir Abasovla yola gedirmi?

- Bilmirəm ki, niyə son vaxtlar az oyun vaxtı olub. Saşa deyir ki, baş məşqçiylə problemi yoxdu, münasiqəşi olmayıb da. Hər şey normaldı. Dedov elə adamdı ki, heç vaxt kofliktdə olmayacaq. O, ədəbli insandı və həmişə baş məşqçi ona deyəni edir. Futbolda belə deyirik ki, nəticəyə baş məşqçi cavabdehdi. Deməli, nəsə onu qane etmir. Bilmirəm həqiqət nədi, ancaq vəziyyət belədi.

 

- "Zirə" qış fasiləsində birdən-birə 5 legioner aldı və heyətindəki əcnəbilərin sayı 11-ə çatdı. Bizdə də legionerlərə limit var ki, bu da güclü rəqabət olması deməkdi...

- Klubun Dedova belə münasibətinin səbəbini bilmirik. Ancaq əlbəttə, bu, bizi qane etmir. Eləcə də Saşanı. O elə yaşdadır ki, oynayıb bacardığı futbolu nümayiş etməlidi.

 

- Deyirsiniz ki, Dedov qalmaq qstəyir. "Zirə"də az oynayırsa, niyə belə istəsin ki?

- Baxın, çempionat bitəcək və təbii ki, baş məşqçisiylə söhbətləşəcək. Ona lazımdırsa, əlbəttə, qalacaq. Yox, desə ki, növbəti mövsümdə ona lazım deyil, onda əlbəttə, digər variant axtarmalı olacağıq.

 

- Azərbaycanda qalmaq, ancaq başqa klubda çıxış etmək. Bu, nə dərəcədə realdı?

- Bu variant da realdı. Azərbaycanda bir klubla danışığımız gedib. Ancaq onun da adını hələ açıqlamayacam. Çünki hazırda konkret bir şey yoxdu. Ancaq ilkin danışığımız olub, Dedova başqa klubunuzdan da maraq var.

 

- Siz deməyin, ancaq mən öz versiyamı söyləyim. Roberto Bordin Aleksandrı "Neftçi"də görmək istəyir. Hər halda, bu italiyalı mütəxəssis Moldovada "Şerif"i çalışdırdığı vaxtdan "Milsami"nin futbolçusu olmuş Dedovu tanımalıdı...

- Bordin onu tanıya bilər, ancaq elə də yaxşı yox. Çünki bir yerdə işləməyiblər. Moldovada rəqib olublar, bu da az. Bordin Dedovu qiyabi tanıya bilər. Düşünmürəm ki, bu, yaxından tanışlıq olsun. Bəli, Azərbaycan çempionatında da Saşanı görüb. Ancaq konkret Petr Rakunu götürək. Onu Bordin tanıyırdı, oyunçu və digər keyfiyyətlərini yaxşı bilirdi. Çünki "Şerif"də futbolusu olub. Həmin bir variant Azərbaycanda hələ söhbətlər səviyyəsindədi. Ancaq konkret bir şey yoxdu.

 

- Aleksandrın Moldovaya qayıtmaq perspektivi yoxdu?

- Bura qayıtmağını mənasız sayıram.

 

- Pul yoxdu, yoxsa çempionatın səviyəsi aşağıdı?

- Bütün parametrlərə görə - həm idman, həm maliyyə, həm də peşəkarlıq baxımından. Bütün komponentlərə görə heç bir lüzum görmürəm ki Moldovaya qayıtsın.

 

- Ölkəmizdə legioner həyatı yaşayan digər həmyerliniz, Dedovla millidə komanda yoldaşı olan Yevgeni Koçuk da klubundan ayrılır. Təsadüfən onunla da əməkdaşlıq etmirsiniz? Bilmirsiniz ki, "Səbail"o hansı kluba dəyişir?

- Koçukla işləmirəm. Ancaq bir-birimizi yaxşı tanıyırıq. Yevgeni oğlum kimidi, nə deyirəm, qulaq asır. Mən onu xaricə apardım, sonra əməkdaşlığımız olmadı. Bilmirəm indi ümumiyyətlə, agenti varmı, yoxsa yox. Məlumatsızam bu haqda. Gənc futbolçudu, bildiyim qədər Azərbaycanda haqqında yaxşı fikir formalaşdırıb. Bilmirəm, kim onu ölkənizə gətirib, indi karyerasıyla məşğul olan kimdi. Ancaq fikrimcə, Koçuka yeni klub tapmaq pronlem olmayacaq.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB