TOP 10

"Səbail" "Neftçi"nin futbolçusunu icarəyə götürəcək

Futbol
Tarix: 2019-05-09 14:16

"Səbail" heyətində icarə əsasında çıxış edən sağ cinah yarımmüdafiəçisi Fəhmin Muradbəylini saxlamaq fikrindədi. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev müqaviləylə "Neftçi"yə məxsus olan 22 yaşlı yarımmüdafiəçini növbəti mövsümdə də sərəncamında görmək istəyir.

 

"Dənizçilər" bunu reallaşdırmaq üçün həmşəhərlilərinə mövsüm bitəndən sonra rəsmi müraciət edərək danışıqlara girəcək. Ancaq onu nəzərə alaq ki, "Səbail" Fəhmini birdəfəlik transfer etməyi yox, yenə icarəyə götürməyi düşünür. Bu yerdə qeyd edək ki, Muradbəli hazırkı komandasında Premyer Liqada çıxış etdiyi 2 ildə icarədə oynayıb. O, bu müddəddə ilk növbədə 21 yaş limitinə uyğun futbolçu kimi yararlı olubsa, növbəti mövsümdə artıq bu limitə düşməyəcək. Buna rəğmən, "Səbail" Fəhminə marağını saxlayır. 

 

Hacıyev digər yerli futbolçulardan kapitan, yarımmüdafiəçi Rahid Əmirquliyevin, vitse-kapitan, sol cinah müdafiəçisi Şəhriyar Rəhimovun və qış fasiləsindən sonra bombardir olan sol cinah vingeri Ağabala Ramazanovun da qalmasını istəyir. Ancaq onlar Fəhmin fərqli icarədə deyillər, sadəcə, "Səbail"lə müqavilələri bitir. "Dənizçilər" ilkin razılıqlarını aldıqları bu təcrübəli futbolçularla yaxın günlərdə yeni müqavilələr imzalayacaq. 

 

 

 

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB