TOP 10

Koçuk "Səbail"dən gedir: "Yeni müqaviləylə bağlı razılaşa bilmirik"

Futbol
Tarix: 2019-05-08 18:00

"Səbail"in moldovalı legioneri Yevgeni Koçuk klubu tərk edir. Milli komandasının da üzvü olan 26 yaşlı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında ona təklif olunan yeni müqavilənin şərtləriylə bağlı rəhbəriklə hələ ki ortaq məxrəcə gələ bilmədiyini deyib: "Yeni anlaşmayla bağlı razılaşa bilmirik. Ola bilər ki, komnadadan gedim. Hələ ki detallara varmayaq".

 

Premyer Liqamızın ilk dəfə medalçısı olaraq avrokuboklarda debüt etmək şansı əldə edən "dənizçilər" Koçukla yanaşı, müqaviləsi bitərək saxlamaqda maraqlı olduğu digər legionerlər - qvineya-bisaulu müdafiəçi Maudo Jarjue, bolqarıstanlı yarımmüdafiəçi Emil Martınov və fransalı hücumçu Kevin Kubembaya da yeni müqavilə təklif edib. Onlar da digər təklifləri nəzərdən keçirərək seçim edirlər. "Səbail" yoluna davam etmək istədiyi legionerlərə cavab vermələriylə bağlı bu həftənin sonuna, yəni son turdakı matçınadək vaxt verib. 

 

Qeyd edək ki, Yevgeni "Səbail"ə ilk dəfə ötən ilin qış fasiləsində Slovakiyanın "Jilina" klubundan 6 aylığa icarəyə götürülməklə gəlib. Bundan sonra geri dönən moldovalı çox keçməmiş "Jilina"yla müqaviləsini pozub və "Səbail"ə bu dəfə sərbəst futbolçu kimi gəlib. Onun keçən yay imzaladığı 1 illik müqavilə cari mövsümün sonunda bitir. 

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB