TOP 10

Səlahət Ağayevə daha bir təklif: Superliqanın astanasından

Futbol
Tarix: 2019-05-08 16:18

Milli komandamızın qapıçısı Səlahət Ağayev növbəti mövsümdən Türkiyə Superliqasında çıxış edə bilər. Sport24.az xəbər verir ki, bu mövsümün sonunda “Neftçi”ylə sövdələşməsi başa çatan 28 yaşlı əlcək sahibinə “Dənizlispor” müqavilə təklif edib.

 

Hazırda 1-ci Liqada mübarizə aparan Dənizli təmsilçisi çempionatın bitiminə 2 tur qalmış 66 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Yucel Ildızın yetirmələri lider “Gənclərbirliyi”ndən cəmi 1 xal geri qalırlar. “Dənizlispor”un ən yaxın izləyicisi “Hatayspor” isə finişə 2 tur qalmış 61 xala sahibdir. Başqa sözlə, “xoruzlar”a Superliqaya vəsiqə qazanmaq üçün qarşıdakı 2 turda 2 xal toplamaq kifayətdir.

 

Qeyd edək ki, qaydalara əsasən Türkiyə 1-ci Liqasının ilk iki pilləsini tutmuş komandalar birbaşa Superliqaya vəsiqə əldə edirlər, 3-6-cı yerlərdə qərarlaşan kollektivlər isə aralarında keçirilən pley-off turnirində sonuncu xoşbəxti müəyyənlşdirirlər.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB