TOP 10

Abdullayev yarımfinalda

Boks
Tarix: 2019-05-08 15:45

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”na start verilib. Sport24.az xəbər verir ki, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirin ilk günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxıb. 


Təmsilçilərimizdən Məhəmməd Abdullayev (+91 kq) özbəkistanlı Obidjon Tohirovla üz-üzə gəlib. Döyüş boksçumuzun 3:2 (30:27, 30:27, 30:27, 28:29, 28:29) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə Abdullayevi yarımfinala yüksəldib. O, növbəti qarşılaşmasına mayın 10-da çıxacaq.


Digər boksçumuz Bəxtiyar Qazıbəyov (64 kq) isə rusiyalı İlya Popovla görüşüb. Döyüş rəqibin 4:1 (27:30, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, bu gün daha 5 boksçumuz mübarizəyə qoşulacaq. Rüfət Hüseynov (49 kq) Amintaza Bekişevlə, Tayfur Əliyev (56 kq) Maksim Çernişovla, Elnur Süleymanov (64 kq) Maqomed Murtazaliyevlə qarşılaşacaq, Hər 3 rəqib Rusiyadandır. 75 kq çəki dərəcəsində rinqə çıxacaq Kamran Şahsuvarlı meksikalı Ektor Martineslə, 91 kq çəkidə gücünü yoxlayan Rahil Məmmədli isə moldovalı Andrey Zaplitninlə üz-üzə gələcək.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB