TOP 10

“Araz”a 1 qol bəs etdi

Futzal
Tarix: 2019-05-04 19:00

Bu gün futzal üzrə Yüksək Liqada sonuncu – 28-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, turun ilk oyununda əzəli rəqiblər - EKOL və “Araz” komandaları qarşılaşıb. Hər iki komanda pley-off mərhələsinə vəsiqəni təmin etdiyindən oyun bir növ formal xarakter daşıyırdı.

 

Finala gedən yolda da rəqib olacaq bu komandalar 4 gün əvvəl ölkə kubokunun 1/4 final mərhələsində də üz-üzə gəlmişdilər və turu adlayan tərəf EKOL olmuşdu. Heyətlərə gəldikdə, EKOL cəzalı olduğuna görə Emin Kürdovun xidmətindən istifadə edə bilmirdi. Ramiz Çovdarovla Zaur Fərziyev də heyətdə yer almamışdı. “Araz” isə meydana tam heyətlə çıxmışdı. Fasiləyə komandalar oyuna başladıqları hesabla yollanıblar. İkinci hissə də eyni ssenari üzrə davam edib. Ancaq 25-ci dəqiqədə Faiq Əliyevin rəqibini keçmək istəyərkən topu itirməsi qapıçı ilə duelə yollanan Emil Həsənzadənin sükutu pozması ilə yükunlaşıb. 29-cu dəqiqədə “Araz” azlıqda qalıb. Xətai Bağırov birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. EKOL 2 dəqiqə ərzində say üstünlüyündən istifadə edə bilməyib. Daha doğrusu Radik Əhmədovun zərbəsi tirdən qayıdıb, bir epizodda isə Hüseynli “qalası”nı toxunulmaz saxlayıb. Oyunun sonlarına yaxın təzyiqi artıran EKOL-dan Əsgər Abasov yaxın məsafədən Rövşəni məğlub edə bilməyib. Nəticədə “Araz” əsas mərhələni qalib başa vurub. 


İkinci oyun isə Hadi Rezvanın qolları sıralaması ilə yadda qalıb. 15 qol vuran hücumçu bombardirlər yarışında da birincidi.
 

Yüksək Liqa
28-ci tur

4 may


EKOL - Araz 0:1
Qol: E. Həsənzadə, 25:15.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İsgəndər Əliyev.
Olimpik Star. Saat 14:30.


Xəzər Cənub – Liman 24:7
Qol: Ş. Şahnazi, 01:57, 35:24, 37:54, 39:28, H. Rezvan, 03:06, 03:32, 04:00, 04:47, 09:02, 10:30, 12:33, 14:49, 21:45, 24:16, 27:05, 32:24, 33:33, 37:10, 39:49,  İ. Mirzəyev, 07:32, 16:35, 34:02, R. Təbrizi, 15:46, 27:31  // V. Ansari, 04:20, 24:40,  H. Həsənov, 18:36, 27:54, 36:54, E. Əliyev, 31:58, C. Mahmudov, 35:46.
Hakimlər: Rahin Heybətov, Elvin Ağayev, Vüsal Balaşov.
Olimpik Star. Saat 16:30.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB