TOP 10

Təmsilçilərimiz "Hellas International 2019"da çıxışını başa vurublar

Digər
Tarix: 2019-05-03 16:07

Badminton üzrə milli komandamızın üzvləri Cahid Əlhəsənov və Səbuhi Hüseynov Yunanıstanın Saloniki şəhərində keçirilən "Future" seriyalı "Hellas International 2019" turnirində çıxış edib. Sport24.az xəbər verir ki, badmintonçularımız mübarizəyə təsnifat mərhələsindən qoşulub.

 

Əlhəsənov kişilərin şəxsi yarışında ilk görüşündə Kipr badmintonçusu Andreas İoannunu 2:1 (21-15,15-21,21-12) hesabı ilə məğlub edib. Cahid növbəti mərhələdə Türkiyə idmançısı Yusuf Yaşarla qarşılaşıb. 3 set davam edən qarşılaşmanın yekununda 1:2 (20-22,21-15,12-21) hesabı ilə uduzub. Təsnifat mərhələsi çərçivəsində ilk görüşünü yunanıstanlı George Qalvasa qarşı keçirən Hüseynov isə rəqibinə 1:2 (21-23,21-8,15-21) hesabı ilə məğlub olub.

 

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB