TOP 10

Azərbaycan cüdoçularının Yaponiya toplanışı başa çatdı

Cüdo
Tarix: 2019-04-30 11:40

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlara hazırlıqlarını davam etdirən boks üzrə Azərbaycan milli komandasının üzvləri Yaponiyada təlim-məşq toplanışını başa vurublar. Sport24.az xəbər verir ki, Tokioda 3 həftə davam edən məşqlərdə millimizin aparıcı cüdoçuları iştirak ediblər.

Onlar hər gün 2 dəfə məşq edərək baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər. Toplanışa idmançılarımızla yanaşı yaponiyalı cüdoçular da qatılıb. 


Qeyd edək ki, Bakıda təşkil olunacaq beynəlxalq "Böyük Dəbilqə" turniri mayın 10-da start götürəcək. 3 gün ərzində olacaq mötəbər yarış Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB