TOP 10

Mədət Quliyevlə Elnur Məmmədli Bakı trekində velosiped sürdü

Digər
Tarix: 2019-04-29 15:16

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamazdan əvvəl yarışların keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib. Sport24.az xəbər verir ki, Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, velosiped idman növü üzrə ölkə çempionatlarının dəfələrlə qalib və mükafatçısı olmuş, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun sədri Vüqar Salahov, həmçinin klubun üzvləri iştirak ediblər.

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB