TOP 10

Millimizin üzvü Fransada yarışdı

Digər
Tarix: 2019-04-25 16:43

Dünya Velosiped Mərkəzində (WCC) təlim keçən şosse velosipedi üzrə U-23 yığma komandamızın üzvü Musa Mikayılzadə adı çəkilən Mərkəzin komandasının heyətində Fransada növbəti yarışda iştirak edib. Sport24.az xəbər verir ki, təmsilçimiz 3 mərhələdən ibarət “Saone-et-Loire” turunda mübarizə aparıb.


Yarışın 1-ci mərhələsində iştirakçılar 25 km məsafəyə komanda ötüşməsində güclərini sınayıblar – velosipedçimizin heyətində yer aldığı Dünya Velosiped Mərkəzinin komandası 20 kollektiv arasında 6-cı olub.


150 km-lik 2-ci mərhələdə Musa Mikayılzadə aralıq dağ finişində hamını qabaqlayıb. Və nəhayət, 154 km-lik sonuncu yarış günündə isə idmançımız mərhələ qalibindən 1 dəqiqə, 35 saniyə geri qalmaqla finiş xəttini 22-ci keçib.

21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB