TOP 10

İlk heç-heçə: 5-ci quru oyun

Futbol
Tarix: 2019-04-25 15:21

“Zirə” Azərbaycan kubokunda ilk dəfə heç-heçə edib. Sport24.az xəbər verir ki, bu, 2018/19 mövsümünün yarımfinal mərhələsinin “Sumqayıt”la səfərdəki ilk oyununa təsadüf edib. 


Bunadək yarışda 12 matça çıxan “Qartallar” 7 qələbə qazanıb və 5 dəfə məğlubiyyətə uğramışdı. 


Görüşündə ilk dəfə 0:0 hesabı qeydə alınan “Zirə” 5-ci dəfə qapısını toxunulmaz saxlayıb. 2016/17 mövsümündə bir, 2017/18 və 2018/19 mövsümlərində iki dəfə meydanı qol buraxmadan tərk edən “qartallar”ın bütün quru oyunları Kamal Bayramovun hesabındadır. Qapıçı 11-ci görüşdə 5-ci dəfə qol buraxmayıb. Bu quru oyunlardan üçü ev, ikisi səfər qarşılaşmasıdır.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB