TOP 10

Paralimpiyaçımız Dünya Kubokunda qızıl medal qazandı

Digər
Tarix: 2019-04-25 14:55

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb.


Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı Slavomir Symanski qazanıb. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb.


Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını da artırıb. 

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB