TOP 10

Pərdis “Zirə”dən gedir: sabiq komandasına, keçmiş baş məşqçisinin yanına

Futbol
Tarix: 2019-04-25 12:37

“Zirə”nin hücumçusu Pərdis Fərcad-Azad yayda komandadan ayrılacaq. Sport24.az xəbər verir ki, millimizin sabiq forvardı “Sumqayı”a keçəcək.
 

2012-2016-cı illərdə “kimyaçılar”ın şərəfini qorumuş 31 yaşlı futbolçunun “Zirə”yə keçməsi ovaxtkı baş məşqçi Ayxan Abbasovun istəyi ilə reallaşmışdı. Hazırda isə Abbasov “Sumqayıt”ın “sükanı arxası”ndadı. Belədə, bu keçidin reallaşması tam təbii görünür.


Qeyd edək ki, Pərdis “Sumqayıt”ın heyətində 81 matçda iştirak edib və 17 qola imza atıb.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB