TOP 10

İki ildən sonra: Yenə yarımfinalda

Futbol
Tarix: 2019-04-25 12:01

Futbol üzrə Azərbaycan kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub. Sport24.az xəbər verir ki, yarımfinalın ilk görüşləri çərçivəsində baş tutan “Sumqayıt” – “Zirə” matçı 0:0 hesabı ilə nəticələnib. Bu qarşılaşmayadək keçirilən 13 oyunun hamısında qol qeydə alınıb.

 

Ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub. “Qarabağ”la “Neftçi” arasında cavab oyununda qapılara qol vurulmayıb. 2017-ci il aprelin 5-də baş tutan həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB