TOP 10

Medvedev, Monroz və Tounkara

Futbol
Tarix: 2019-04-25 10:00

Azərbaycan Kubokunun cavab yarımfinal matçlarını 3 futbolçu cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, bunlar Maksim Medvedev ("Qarabağ"), Stiven Monroz ("Qəbələ") və Sadio Tounkaradı ("Zirə"). Hər 3 futbolçu turnirdə 2-ci sarı vərəqələrini alaraq cəzalı duruma düşüblər. 

 

Göründüyü kimi, yarımfinal iştirakçılarından yalnız "Sumqayıt" mayın 1-dəki cavab görüşünə cəzalı futbolçusu olmadan çıxacaq. "Zirə"ylə evdə qolsuz bərabərliklə nəticələnən matçda bu problemi olan kapitanı Vurğun Hüseynovla digər təcrübəli müdafiəçisi Arif Daşdəmirov artıq sıraya dönüblər.

 

Qeyd edək ki, "Qarabağ" ilk yarımfinal matçında səfərdə "Qəbələ"yə 0:1 hesabıyla uduzub, Sumqayıtda isə qolsuz bərabərlik qeydə alınıb. 

18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB