TOP 10

Azər Əliyevin komandası qələbəni əldən verdi

Dünya Futbolu
Tarix: 2019-04-25 10:18

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Rubin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Azər bu görüşün iştirakçısı olmayıb. O, komandasının qələbəni əldən verdiyi oyunda sonadək ehtiyatda qalıb.


“Ufa” hazırda 22 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB