TOP 10

Yalnız "Qəbələ"

Futbol
Tarix: 2019-04-25 12:59

"Qəbələ" Azərbaycan Kubokunda cari mövsümündə yüzfaizli nəticə göstərən yeganə komanda olaraq qalır. Sport24.az xəbər verir ki, Sənan Qurbanovun yetirmələri turnirdə bütün maçlarında meydanı qalib tərk edib.

 

Maraqlıdı ki, hər 3 görüşdə eyni - 1:0 hesablı qələbə qeydə alınıb. "Qəbələ" 1/4 final mərhələsində "Sabah"ı keçəndən sonra "Qarabağ"la evdəki ilk yarımfinal matçında da bu hesabla qalib gəlib. Maraqlıdı ki, "qırmızı-qaralar"a qələbəni nigeriyalı bombardiri Ceyms Adeniyi qazandırıb. Daha bir qol rəqibin futbolçusu - "Sabah"ın serbiyalı müdafiəçisi Filip İvanoviçin avtoqoluyla reallaşıb. 

 

Cari mövsümdə kubokda bir qayda olaraq qələbələrə "Zirə" də imza atmışdı. Samir Abasovun komandası da "Qəbələ" kimi mübarizəyə 1/4 finaldan başlayaraq "Səbail"i yenmişdi - evdə 1:0, səfərdə 3:2. Ancaq "Sumqayıt"la ilk yarımfinal matçında qalib gəlmək mümkün olmadı - səfərdə 0:0. Göründüyü kimi, "Qəbələ" turnirdə cari mövsümdə eyni zamanda qol buraxmayan yeganə komandadı. 

 

Xatırladaq ki, "qırmızı-qaralar" Azərbaycan Kubokunda 3 dəfə finalda oynasa da, hamısında uduzduğundan bu turniri hələ ki qazanmayıb. 

 

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB