TOP 10

"Qarabağ"ın seriyası qırıldı - digər rekordu isə qalır

Futbol
Tarix: 2019-04-25 11:00

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası daxili yarışlarda 178 gündən sonra uduzub.

 

Bu, Azərbaycan Kubokunun ilk yarımfinal matçları çərçivəsində "Qəbələ"yə səfərdə 0:1 hesablı məğlubiyyətlə gerçəkləşib. 

 

Ağdam klubu ölkə daxilində sonuncu dəfə Premyer Liqada IX turda səfərdə "Neftçi"yə yenilmişdi. Ötən ilin oktyabrın 28-də "Bakcell Arena"da keçirilən həmin görüş "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnmişdi. Bundan sonra Qurban Qurbanovun yetirmələri ardıcıl 18 matçda uduzmurdu. Bunlardan 16-sı Premyer Liqada, 2-si ölkə Kubokunda olmuşdu. 

 

Ancaq "Qarabağ"ın çempionatda məğlubiyyətsiz seriyası davam edir. Bu isə Premyer Liqada cari mövsümün rekordudu. 

 

Qeyd edək ki, Qurban Qurbanovun komandasının ölkə Kubokunda bunadək son məğlubiyyəti onu mübarizədən kənarda qoymuşdu. Bu, ötən mövsüm "Sumqayıt"la 1/4 final mərhələsinin cavab matçları çərçivəsində səfərdə 0:2 hesablı məğlubiyyətdi. 

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB