TOP 10

“Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

Dünya Futbolu
Tarix: 2019-04-25 01:27

Futbol üzrə İspaniya La Liqasında 34-cü tura start verilib. Sport24.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma keçirilib. 


“Espanyol” – “Selta” matçında qalib müəyyənləşməyib. “Leqanes” doğma meydanda “Atletik”ə minimal hesabla uduzub. “Levante” isə “Betis”i 4 cavabsız qolla məğlub edib.


Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” doğma azarkeşləri qarşısında “Valensiya”nı qəbul edib. Madrid təmsilçisi bu oyunda uduzsaydı, “Barselona”nın çempionluğunu təmin etmiş olacaqdı. Amma beş qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.


İspaniya La Liqası
34-cü tur

23 aprel


Hueska – Eybar 2:0
Qol: Qalleqo, 54. Avila, 57.


Valyadolid – Jirona 1:0
Qol: M.Herrero, 67.


Alaves – Barselona 0:2
Qol: Alena, 54. L.Suares, 60-pen.


24 aprel


Atletiko – Valensiya 3:2
Qol: Morata, 9. Qrizmann, 49. Korrea, 81 – Qameyro, 36. Parexo, 77-pen.


Espanyol – Selta 1:1
Qol: Lei, 33 – M.Qomes, 72.


Leqanes – Atletik 0:1
Qol: En Nesiri, 43-öz qapısına.


Levante – Betis 4:0
Qol: Kampana, 9. Moron, 32-öz qapısına. Morales, 56-pen. Koke, 81.


25 aprel


21:30 Sevilya – Rayo Valyekano
22:30 Real Sosyedad – Vilyarreal
23:30 Xetafe – Real

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB