TOP 10

İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

Dünya Futbolu
Tarix: 2019-04-25 01:04

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 

 

“Milan” doğma meydanda “Latsio” ilə üz-üzə gəlib. Bu komandalar arasında Romada baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçında isə paytaxt təmsilçisi minimal hesabla qələbə qazanmaqla ilk finalçı olub.

 

Digər finalçının adına “Atalanta” - “Fiorentina” matçında aydınlıq gələcək. Bu komandalar arasındakı ilk oyunda da qalib müəyyənləşməyib - 3:3.

 

İtaliya kuboku
Yarımfinalın cavab oyunları

24 aprel

 

Milan – Latsio 0:1 (ilk oyun 0:0)
Qol: Korrea, 58.

 

25 aprel

 

22:45. Atalanta – Fiorentina (3:3)

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB