TOP 10

“Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-04-25 00:57

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınmış oyunlar keçirilib. Sport24.az xəbər verir ki, 35-ci turda öz meydanında “Kristal Pelas”a 2:3 hesabıyla məğlub olan “Arsenal” “Vulverhempton” səfərinə yollanıb. London təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb.

 

31-ci turun mərkəzi qarşılaşmasında “Mançester Siti” səfərdə “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. “Şəhərlilər” bu görüşdə qalib gələcəyi təqdirdə, liderliyi ələ keçirəcəkdi. Son dövlərdə uğursuz nəticələri ilə seçilən “qırmızı şeytanlar” isə bu görüşdə qələbə qazanmaqla azarkeşləri qarşısında bəraət əldə etməyi hədəfləmişdi. Amma derbi qonaqların qələbəsiylə başa çatıb və MS “Liverpul”u qabaqlayaraq zirvəyə yüksəlib.

 

İngiltərə Premyer Liqası
31-ci turdan təxirə salınmış oyunlar

23 aprel

 

Tottenhem – Brayton 1:0
Qol: Eriksen, 88.

 

Uotford – Sauthempton 1:1
Qol: Qrey, 90 – Lonq, 1.

 

24 aprel

 

Vulverhempton – Arsenal 3:1
Qol: Neves, 28. Doherti, 37. Jota, 45 – Sokratis, 80.

 

Mançester Yunayted – Mançester Siti 0:2
Qol: B.Silva, 54. Sane, 66.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB