TOP 10

“Bavariya” finalda

Futbol
Tarix: 2019-04-25 00:42

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.


“Hamburq” doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan qonaq komanda finala vəsiqə qazanıb.


Digər finalçının adına “Verder” – “Bavariya” matçında aydınlıq gəlib. Beş qolluq bu görüşdə çətin qələbəyə sevinən Münhen təmsilçisi həlledici oyuna vəsiqə əldə edib.


Beləliklə, mayın 25-də keçiriləcək final matçında “Leyptsiq”lə “Bavariya” üz-üzə gələcək.


Almaniya kuboku
Yarımfinal

23 aprel


Hamburq – Leyptsiq 1:3
Qol: Jatta, 24 – Poulsen, 12. Yanyiçiç, 53-öz qapısına. Forsberq, 72.


24 aprel


Verder – Bavariya 2:3
Qol: Osako, 74. Raşiça, 75 – Levandovski, 36; 80-pen. Müller, 63.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB