TOP 10

"Qəbələ" son illərdə ilk dəfə finaldan kənarda - "Binə" səddini aşa bilmədi

Futbol
Tarix: 2019-04-24 20:00

U-14 Liqasından Premyer Liqa klublarına "göz dağı"

 

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatınlarında yarımfinal oyunları keçirilir. Sport24.az xəbər verir ki, U-14 Liqasında baş tutan cavab görüşlərindən biri maraqlı məqamla yadda qalıb.

 

Belə ki, "Binə" və "Qəbələ"nin qarşılaşmasında tribunalar dolu olub. Binə qəsəbə stadionunda keçirilən matçda 800-ə yaxın tamaşaçı və fan-klub üzvləri görüşü izləyiblər. Səfərdə 1:2 hesabı ilə məğlub olan qəsəbə təmsilçisi cavab oyununda 1:0 hesablı qələbəyə sevinərək finala keçib. Əyalət təmsilçisi son illər bütün finallarda iştirak etsə də, bu dəfə "Binə" səddini aşa bilməyib.

 

Qeyd edək ki, "Binə" klubu yalnız U-14 liqasında təmsil olunur. Komandanın bütün pley-off görüşləri dolu tribunalar önündə keçirilir.

 

 

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB