TOP 10

Azərbaycan Kubokunun qalibi ömürlük futboldan uzaqlaşdırıldı

Futbol
Tarix: 2019-04-24 23:18

“Bakı”nın sabiq legioneri İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb. Sport24.az xəbər verir ki, Sterra-Leone millisinin 37 yaşlı sabiq kapitanı danışılmış oyunlarda iştirak etdiyi üçün bu ağır cəzaya məruz qalıb.

 

Qeyd edək ki, son olaraq İngiltərənin aşağı liqa təmsilçisi  “Dulviç Hamlet”də çıxış edən Karqbo 2010-13-cu illərdə “Bakı”da (76 matç, 1 qol) çıxış edib.  Yarımmüdafiəçi 2012-ci ildə Azərbaycan Kubokunun qalibi olub. 

 
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB