TOP 10

Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-04-24 22:54

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 


“Akhisarspor” doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Səfərdə minimal hesabla qalib gəlmiş akhisarlılar doğma meydanda da bu nəticəni təkrarlamaqla ilk finalçı olublar.

Xatırladaq ki, ötən mövsüm də finala vəsiqə qazanmış "Akhisarspor" həlledici oyunda "Fənərbaxça"ya qalib gələrək tarixində ilk dəfə Türkiyə kubokunun qazanmışdı.


Digər finalçının adına “Yeni Malatyaspor” - “Qalatasaray” matçında aydınlıq gələcək. Bu komandaların ilk duelində qapılara qol vurulmayıb.


Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları

24 aprel


Akhisarspor – Ümraniyəspor 1:0 (ilk oyun 1:0)
Qol: Çikalleşi, 37.


25 aprel


Yeni Malatyaspor – Qalatasaray (0:0)

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB