TOP 10

“Ayaks”dan rekord göstərici

Dünya Futbolu
Tarix: 2019-04-24 17:30

“Ayaks” Hollandiya Erediviziyasının 32-ci turunda “Vitess”i məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan Amsterdam təmsilçisi, yeni rekorda imza atıb.
 

“Ayaks” bu mövsüm bütün turnirlər də daxil olmaqla, 160 qol vurub. Bu, Hollandiya futbol tarixinin ən yüksək göstəricisidi.


Bundan əvvəlki rekord “AZ Alkmaar” klubuna aid idi. Erediviziya təmsilçisi 1980/81 mövsümündə bütün turnirlər də daxil olmaqla, 158 qol vurmuşdu.


“Ayaks” bu mövsüm yerli çempionatda 111, Çempionlar Liqasında 32, Hollandiya kubokunda isə 17 qol vurub.


“Ayaks” – “Vitess” matçı 4:2 hesabıyla bitib.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB