TOP 10

"Sabah" rəhbərliyi komandanın çıxışına qiymət verdi - FOTOLAR

Futbol
Tarix: 2019-04-24 14:31

"Sabah”ın Müşahidə Şurasının (MŞ) iclası olub. Sport24.az xəbər verir ki, dünən keçirilən yığıncaqda MŞ-nın üzvləri – Firudin Qurbanov, Rüfət Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev və Yaqub Hüseynov, həmçinin klub prezidenti Maqsud Adıgözəlov iştirak edib.
 

İclasa giriş sözü ilə başlayan Adıgözəlov komandanın cari mövsümkü çıxışı, klubun transfer siyasəti, ictimaiyyətlə əlaqələr, akademiya, aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən yarışlarda göstərdiyi nəticələr və gələcək hədəfləri barədə ətraflı məlumat verib.

 

Daha sonra MŞ-nın üzvləri komandanın nəticələri barədə fikirlərini bildiriblər. Qurbanov çıxışı zamanı “Sabah”ın peşəkar komanda kimi ilk oyununu stadiondan izlədiyini xatırladıb: “Mən “Sabah”ın ilk oyununda olmuşam. Həmin qarşılaşmada 1:0 hesabıyla qalib gəlmişdik. Oyundan sonra paltardəyişmə otağına gedərək, futbolçulara təşəkkür etdim. Onlara “sizin bu qələbəniz “Sabah”a ümid verdi” dedim. “Sabah” Premyer Liqada ilk mövsümünü keçirir. Bu amili nəzərə alanda, komandanın hazırda qərarlaşdığı mövqe, göstərdiyi nəticələr çox yaxşıdır. Bundan əlavə, klubda təşkilatçılıq da yüksək səviyyədə qurulub. Klubun qısa müddətdə bu cür nəticə göstərməsi sevindiricidir”.
 

Daha sonra MŞ-nın digər üzvləri də çıxış edərək, komandanın cari mövsümdə qazandığı nəticələri qənaətbəxş hesab etdiklərini deyiblər. Bundan əlavə, onlar klub prezidenti Adıgözəlova “Sabah”la bağlı suallarını ünvanlamaqla yanaşı, öz məsləhətlərini də veriblər.
 

Sonda klub prezidenti gələcəkdə bu cür görüşlərin tez-tez baş tutmasını arzuladığını, MŞ-nın üzvlərinin bundan sonra da klubun inkişafı istiqamətində öz məsləhətlərini əsirgəməyəcəklərinə ümid etdiyini bildirib.

 

 

 


 

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB