TOP 10

“Qızıl buts”: Messi Mbappeyə qarşı

Dünya Futbolu
Tarix: 2019-04-24 14:11

Avropanın aparıcı futbol ölkələrində çempinlar bəlli olmaqdadı. Sport24.az xəbər verir ki, mövsümün sonu yaxınlaşdıqca “Qızıl buts” mükafatı uğrunda mübarizə də qızışır.


Hazırda bu siyahıda "Barselona"nın ulduzu Lionel Messinin liderliyi davam edir. Kilian Mbappe (PSJ) ondan cəmi 3 qol geri qalır. Üçüncü pillədə qərarlaşan “Sampdoriya”nın təcrübəli forvardı  Fabio Kvalyarellanın hesabında isə 22 qol var.


“Qızıl buts”u qazanmağa yenə əsas namizəd göstərilən Messi ötən mövsüm 34 qolla karyerasında 5-ci dəfə bu mükafata sahib çıxmışdı. O, 2009/10, 2011/12, 2012/13 və 2016/17 mövsümlərində də Avropada bombardir adını qazanmışdı.


Cari mövsümdə isə onu bu mükafatdan edəcək yeganə rəqib kimi Mbappeni göstərmək olar. Son turda het-trikə imza atan fransalı futbolçunu qarşıda daha beş oyun gözləyir. İspaniyada isə mövsümün sonuna 4 tur qalıb. Üstəlik, məşqçilər korpusu Messini digər turnirlər üçün qorumağa da çalışırlar.


1. Lionel Messi (Barselona) - 33 qol (66 xal)
2. Kilian Mbappe (PSJ) - 30 (60)
3. Fabio Kvalyarella (Sampdoriya) - 22 (44)
4. Mbaye Diane (Kasımpaşa/Qalatasaray) - 28 (42)
5. Luis Suares (Barselona) – 21 (42)
6. Robert Levandovski (Bavariya) - 21 (42)
7. Kristof Pyontek (Cenoa/Milan) - 21 (42)
8. Kərim Benzema (Real) 21 (42)
9. Duvan Sapata (Atalanta) - 21 (42)
10. Luk de Yonq (PSV) - 27 (40.5)
11. Kristiano Ronaldo (Yuventus) - 19 (38)
12. Serxio Aquero (Mançester Siti) - 19 (38)
13. Məhəmməd Salah (Liverpul) - 19 (38)
14. Nikolas Pepe (Lill) - 19 (38)
15. Pyer-Emerik Obameyanq (Arsenal) - 19 (38)

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB