TOP 10

“Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

Dünya Futbolu
Tarix: 2019-04-24 13:04

Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Qari Medel zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Super Liqanın 29-cu turunda keçirilən “Sivasspor”la matçda zədələnən Medel, 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Çilili yarımmüdafiəçi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.


Son turda “Sivasspor”u 2:1 hesabıyla məğlub edən “Beşitkaş” 56 xalla 3-cü sıradadı.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB