TOP 10

Millimiz Göygöldə toplanışa başlayır

Güləş
Tarix: 2019-04-24 12:44

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır. Sport24.az xəbər verir ki, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. 


Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.


Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB