TOP 10

Panenka penaltisini boşa verən futbolçu qovuldu

Dünya Futbolu
Tarix: 2019-04-24 12:21

Paraqvayın “Kampo Qrande” klubu futbolçusu Brendiks Parranı uğursuz penalti sərbəsinə görə komandadan uzaqlaşdırıb. Sport24.az xəbər verir ki, Cənubi Amerika Kuboku (Copa Sudamericana) çərçivəsində Kolumbiyanın “La Ekvidad” klubu ilə qarşılaşan Paraqvayın 2-ci liqa təmsilçisi bu oyunu penaltilərlə uduzub. 


Əsas vaxtı qolsuz bitən qarşılaşmadan sonrakı 11 metrlik zərbələrdə kolumbiyalılar daha dəqiq olublar – 4:3.


“Kampo Qrande”də bu məğlubiyyətin əsas günahkarı isə məhz Parra hesab olunub. Məsələ burasındadı ki, o, 11 metrlik zərbələr seriyasında Panenka penaltisindən yararlanmağa qərar verib. Amma onun cəhdi uğursuz olub və rəqib qapıçı topu rahatlıqla dəf edib.


Qarşılaşmadan sonra açıqlama verən klub prezidenti Eriberto Qamara Parranın qovulduğunu bəyan edib: “İdarə heyəti belə bir penati zərbəsi vurduğu üçün Parranı göndərməyə qərar verdi. Mərhələ adlasaydıq, futbolçularımız daha çox gəlir əldə etmək şansı qazanacaqdı”.


25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB