TOP 10

"Zirə"nin legioneri Sumqayıtdakı nəticəni lap yaxşı saymır: "Rəqibin mövqeyinə baxmırıq, qələbə üçün oynayacağıq"

Futbol
Tarix: 2019-04-24 12:00

"Zirə"nin fransalı legioneri Şafİk Tirqudja Azərbaycan Kubokunda "Sumqayıt"la səfərdəki keçirilən ilk yarımfinal matçından sonra müsahibə verib. Yarımmüdafiəçi Sport24.az-ın da suallarını cavablandırıb.

 

- Nəticə sizi razı saldı?
- Məncə, bu nəticə həm bizim üçün, həm də "Sumqayıt" üçün yaxşı oldu. Biz də, rəqib də qalib gəlmək istəyirdi. Yaxşı hesabdı, amma lap yaxşı da deyil. 

 

- "Zirə" niyə qalib gələ bilmədi? Sanki aqressivlik çatmadı...
- Məncə, yaxşı futbol oynadıq. Biz öz oyunumuzu oynadıq. Bizim öz planımız var və ona uyğun oynadıq. Təbii ki, bu görüşdə qalib gəlmək istəyirdik. Anlayırıq ki, futboldu, hər zaman qol vurmaq da alınmır. İnanıram ki, Zirədə qol vuracağıq.

 

- Zirədəki oyunda qalib gələcəyinizə inanırsan? Şansları necə dəyərləndirirsən?
- Qələbə üçün oynayacağıq. Sumqayıtdakı hesab da pis nəticə deyildi. Onsuz da evdəki bütün oyunlarda qalib gəlmək üçün oynayırıq.

 

- "Sumqayıt"ın çempionatdakı işləri heç də yaxşı getmir. Bu komandaya qalib gəlməsiniz, fiasko olacaq?
- Biz baxmırıq ki, rəqib birinci pillədədi ya yeddinci . Bu yarımfinaldı və qələbə üçün oynayacağıq.

 

- "Zirə"nin avrokuboklara yollanması üçün son şansınızdı...
- Bəli, son şansımızdı. Bu şansdan yaxşı yararlanmaq istəyirik.

 

- Digər cütlükdə "Qəbələ" "Qarabağ" qalib gəldi. Bu sizin üçün sürpriz idi?
- Xeyr, sürpriz deyildi. Keçən oyunda "Qəbələ"ni gördüm. Güclü komandadılar. Mənə görə sürpriz deyildi. 

 

- Finalda hansı komandanı görmək istəyərdin, "Qəbələ"ni yoxsa "Qarabağ"ı?
- Finalda oynamaq istəyirəm. Əsas odu ki, finala çıxaq. Finalda "Qarabağ" və yaxud "Qəbələ" ilə oynamağın fərqi yoxdu. Əsas odu finala adlayaq.

 

 

CEYHUN ƏLİYEV
 

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB