TOP 10

“Barselona” oynamadan çempion ola bilər - bu gün

Dünya Futbolu
Tarix: 2019-04-24 11:31

“Barselona” İspaniya La Liqasının 34-cü turunda “Alaves”i məğlub edib. Sport24.az xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan Kataloniya təmsilçisinə mövsümün qalibi olmaq üçün 3 xal lazımdı.


“Barselona” çempionluğunu bu gün də reallaşdıra bilər. Belə ki, 2-ci pillədə olan “Atletiko”, bu turda “Valensiya”ya uduzsa, “Barsa” La Liqada cari mövsümün qalibi olacaq.


64 xalla 3-cü pillədə yer alan “Real” isə çempionluq şanslarını itirib.


Son 5 ildə 4-cü çempionluğunu qazanmağa yaxın olan “Barselona” 80 xalla birinci, “Atletiko” isə 68 xalla ikincidi. 

“Atletiko” bu gün saat 21:30-da “Valensiya” ilə qarşılaşacaq.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB