TOP 10

Yeni bombardir

Futbol
Tarix: 2019-04-24 11:00

"Qəbələ"nin nigeriyalı legioneri Ceyms Adeniyi cari mövsümün yeni bombardiri olub. Sport24.az xəbər verir ki, hücumçu bu mövsümdə vurduğu qolların sayını 12-ə çatdıraraq "Neftçi"dəki fransalı həmkarı Baqali Dabonu da keçib.

 

Məlumdu ki, Dabo bu çempionatda 11 qolla bombardirdi və o, hazırkı komandasının heyətində ölkə Kubokunda qol hesabını aça bilməyib. "Neftçi" mübarizəni 1/4 finalda dayandırdığından, Baqali bu turnirdə daha qol vura bilməz. Adeniyi isə çempionatda 10, kubokda 2 dəfə fərqlənib. O, Azərbaycan Kubokunda qol hesabını "Sabah"la 1/4 final mərhələsinin "Əlincə Arena"dakı cavab matçında açaraq qələbə qazandırıb - 1:0. 

 

Ölkə Kubokunda yalnız bu mövsümü götürsək, Adeniyi şərikli liderlərdən biridi. Digər 2 qol vuran dubl edən "Sumqayıt"lılar - müdafiəçi Adil Nağıyevlə hücumçu Ülvi İsgəndərlidi. Əslində, Adil keçmiş komandası "Zirə"nin heyətində fərqlənərək onu yarımfinala çıxarıb və bundan sonra "Sumqayıt"a keçib. Bu komandalar indi finala çıxmaq uğrunda rəqibdirlər. 

 

Adeniyi isə yarımfinalda rəqib olduğu  "Qarabağ"ın hücumçusu Mahir Mədətovla birgə 11 qolla Dabonun çempionatda ən yaxın izləyicisidi. Mahir bu mövsüm kubokda fərqlənə bilməyib.

 

Qeyd edək ki, qollarını daha çox vurduğu Qəbələdə "Qarabağ"ın qapısına çempionatda da yol tapan Ceyms cari mövsümdən ölkəmizdə legioner həyatı yaşayır.  

 

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB