TOP 10

Premyer Liqanın tarixinə keçən qol

Dünya Futbolu
Tarix: 2019-04-24 10:15

Futbol üzrə İngiltərə Premyer Liqası çərçivəsində ötən gecə baş tutan “Uotford” - “Sauthempton” qarşılaşması 1:1 hesabıyla başa çatdı. Sport24.az xəbər verir ki, qarşılaşmada hesabı erkən qola sevinən qonaqlar açsa da, meydan sahibləri də tam əksinə, 90-cı dəqiqədə bərabərlik qoluna imza atıblar.


Matçda hesabı açan irlandiyalı futbolçu Şeyn Lonq isə İngiltərə futbolunun tarixinə düşüb. O, Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. Məsələ burasındadı ki, 32 yaşlı futbolçu sözügedən matçın start fitindən cəmi 7 saniyə (!) sonra fərqlənib.


18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB