TOP 10

Almaniya Kubokunda ilk finalçı bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-04-24 00:46

Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 


“Hamburq” doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan qonaq komanda finala vəsiqə qazanıb.


Digər finalçının adına “Verder” - “Bavariya” matçında aydınlıq gələcək.


Almaniya Kuboku
Yarımfinal

23 aprel


Hamburq - Leyptsiq 1:3
Qol: Jatta, 24 – Poulsen, 12. Yanyiçiç, 53-öz qapısına. Forsberq, 72.


24 aprel


22:45. Verder - Bavariya

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB