TOP 10

Ayxan Abbasov: "İnanıram ki, finala yüksələcəyik"

Futbol
Tarix: 2019-04-23 20:48

Azərbaycan Kubokunun ilk yarımfinal matçında evdə “Zirə”ylə qolsuz bərabərliyə qalan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

-    Bu oyuna çox ciddi hazırlaşmışdıq. Sevindiricidi ki, futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. Bu, ümumi mübarizənin ilk yarısı idi. Qarşıda bizi çempionatda da ağır mübarizə gözləyir.

 

-    “Sumqayıt” bu gün yarımcan heyətlə çıxmışdı. Səbəbləri sadalamırıq. Nədən razı, nədən narazı qaldınız?
-    Hər bir futbolçunun hazır olmasını istəyirdim. Arif və Vurğun sarı vərəqə limitinə görə oynamırdılar. Rail son məşqdə zədələndi. Buna baxmayaraq, sevinirəm ki, müdafiəçilərimiz düzgün oynadılar. Narazılıq deyəndə, qol epizodlarımızı qola çevirməməyimizə üzüldüm. Ancaq bu gün hamıdan razı qaldım.

 

-    “Zirə”nin heyətində xeyli legioner var. Bunların 25 faizi “Sumqayıt”da olsaydı, daha inamlı danışa bilərdinizmi?
-    Bura gələndə bilirdim ki, legionersiz oynayacağıq. Üstəlik, heç kim təminat vermir ki, 5 əcnəbi gələn kimi avrokuboklara vəsiqə qazanacağıq. Futbolçularıma gələn gündən demişəm ki, sizə inanıram. İnanıram ki, finala çıxa biləcəyik.

 

-    Düşünmürsünüz ki, 26-cı turda “Neftçi”ylə oyun arxa plana keçə bilər?
-    Bu gün bir sıra futbolçumuz meydana zədəli çıxmışdı. İnanıram ki, meydana “Neftçi”ylə də tam mübariz ruh nümayiş etdirəcəyik.

 

-    “Sumqayıt” üçün çempionat daha önəmlidi, yoxsa Kubok?
-    Çətin sualdı. Əlbəttə, istəyərdim ki, Sumqayıt şəhəri final həyəcanı, sevinci yaşasın. Ancaq çempionatdakı vəziyyətimiz də ürəkaçan deyil.
 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB