TOP 10

Samir Abasov oyundan zövq alıb

Futbol
Tarix: 2019-04-23 20:40

Azərbaycan Kubokunun ilk yarımfinal çərçivəsində səfərdə “Sumqayıt”la qolsuz bərabərliyə qalan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

-    İlk oyundan sonra fikir bildirmək çətindi. Oyun istənilən nəticəylə bitsə də, cavab qarşılaşması qalır. Əsas odur uduzmadıq, əsas odur qol buraxmadıq. Ümid edirəm mərhələni keçəcəyik. Komandam bu gün səbrli futbol sərgilədi. Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük. Uşaqlara təşəkkürümü bildirirəm.

 

-    “Qəbələ”ylə oyundan sonra vidalaşacağınız futbolçular barədə qərar verdiyinizi bildirmişdiniz. Bu faktın əleyhinizə işləyəcəyini düşününmürsünüz?
-    Demişdim ki, “Qəbələ”ylə matçda bəzi oyunçular qazandıqları şansdan yararlanmadılar. Sadəcə, sıx qrafikdə hamı oynamaq şans qazandı. 

 

-    Belə bir informasiya yayılıb ki, mərhələ adlamaq üçün 5 min manat mükafat vəd edilib...
-    Bunu siz yaxşı bilərsiniz.

 

-    Oyundan zövq aldınız?
-    Bəli.
 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB