TOP 10

Sənan Qurbanov yolun yarısını keçilmiş sayır: "Qarabağ"a qarşı taktiki cəhətdən səhv oynayırsansa, yerindəcə cəzalandırır"

Futbol
Tarix: 2019-04-23 18:20

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun ilk yarımfinal oyunu çərçivəsində "Qarabağ"a evdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəssis öncə oyunu dəyərləndirib.

 

- Çempionatda "Zirə"ylə ağır oyundan sonra futbolçularımız bərpa dövrü keçdi. Kimə qarşı oynayacağımızın fəqqində idik. Futbolçularımız tapşırıqları yerinə yetirdilər. "Qarabağ"a qarşı taktiki cəhətdən səhv oynayırsansa, yerindəcə cəzalandırır. Oyunçular məsuliyyəti tam dərk etdilər. Bu, yalnız ilk oyundu, İkinci matçda daha yaxşı çıxış etməliyik ki, mərhələ keçək. 

 

- "Qarabağ"a bu çempionatda bütün görüşlərdə uduzan komandanı necə kökləyə bildiniz ki, uğurlu nəticə qazandı?

- Bu məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Onlarda uduzmamaq iradəsi yaranır. Dünən iclasımız oldu. Səhvləririmiz analiz etdik. Futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. Ancaq qarşıda hələ cavab matçı var. 

 

- Kapitanınız Cavid Hüseynovun sonradan oyuna daxil olması taktiki düşüncələrinizlə bağlı idi, yoxsa onun zədə və ya hansı başqa problemi vardı?

-  Cavid həm komamdanın daxilində, həm də kənarında liderimizdi, kapitanımızdı. Ona hər zaman böyük ehtiyacımız var. Sadəcə, son vaxtlar sıx qrafik olduğundan çalışdıq ki, həm futbolçularımızı qoruyaq, həm də onlardan maksimum istifadə edək.

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB