TOP 10

Qurban Qurbanov məğlubiyyəti şərh etdi: "Qəbələ" ilk oyunda yaxşı nəticə əldə etdi, üstünlük qazandı"

Futbol
Tarix: 2019-04-23 18:10

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"yə səfərdə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfarnsı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- Bilirdik ki, çətin oyun olacaq. "Qəbələ"yə 4 oyunda qalib gəlsək də, heç də asan olmamışdı. Bu gün bir daha göstərdi ki, bizə məğlub olmaq istəmirdilər. Biz də uduzmaq istəmirdik. "Qəbələ" ilk oyunda yaxşı nəticə əldə etdi, evdə qol buraxmadan qalib gəlmək üstünlükdü. Cavab matçına çox diqqətli və ciddi hazırlaşmalıyıq. 

 

- "Qarabağ" kubokda "Qəbələ"ylə ilk matçlarını həmişə səfərdə keçirərək qalib gələ bilmir. Bu, bir sindromdu, yoxsa..?

- Sindrom deyəndə, buna elə də önəm vermirəm. Ola bilər ki, "Qəbələ" kubokda daha inamlıdı. Qalib gəkməyi çox istəyirdik. Ancaq rəqib layiqli qələbə qazandı. İkinci matç daha çətin olacaq. 

 

- Reynaldoya əsas heyətdə şans versəniz də, zəif oynayaraq fasilədə əvəzləndi. Bununla göstərdimi ki, "Qarabağ"a qayıdışı uğurlu olmadı?

- Belə bir fikir yoxdu. Komandada 11 yox, 21 futbolçu var. Təkcə Reynaldoya yox, burda oynamaq hamı üçün çətin idi. Hələ belə fikirləri düşünmürük. 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

 

 

 

18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB