TOP 10

Liderdən əzəli rəqibi üzərində darmadağın

Futbol
Tarix: 2019-04-23 17:59

Bu gün futzal üzrə Yüksək Liqada 26-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, ilk oyunda əzəli rəqiblər üz-üzə gəlib. Lider “Araz” medallara iddialı “Neftçi” ilə gücünü sınayıb. Bu komandalar arasında cari mövsümdə keçirilmiş 3 matçın 2-də “Araz” 3:2, birində isə 2:1 hesabı ilə qələbə qazanmışdı. Hər iki komanda oyuna itkilərlə çıxmışdı. “Araz”da Rizvan Fərzəliyev, “Neftçi”dən isə Vitali Borisov və Vahid Şəfayi zədəli olduqlarına görə meydana çıxmamışdılar. Lider fasiləyə qədər oyunun taleyini həll edib. Xətai Bağırov və Hosseyin Seyidabolfazın dubl etdiyi matçda “Araz”ın digər qollarını İsa Atayev, Ali Mikaeli və Mohammadtaha Neyməti vurub. Oyunun gedişində “Neftçi”nin kapitanı Rüfət Balakişiyev birbaşa qırmızı vərəqə alaraq “gəmi”ni erkən tərk edib. Bu qələbə sayəsində “Araz” pley-off mərhələsinə lider kimi yollanmağı təmin edib. 


Turun son oyununda isə EKOL böyükhesablı qələbəyə sevinib. Bombardirlər yarışında yer alan Məmmədkərimov 21 qol vurub və Hadi Rezvanı qabaqlayıb. Qələbə sayəsində xallarının sayını 48-ə çatdıran EKOL ikinci pilləyə yüksəlib.

 
Yüksək Liqa
26-cı tur

23 aprel


Araz – Neftçi 7:1
Qollar: H. Seyidabolfaz, 08:40, 13:39, İ. Atayev, 10:45, A. Mikaeli, 16:32, X. Bağırov, 19:35, 19:54, M. Neyməti, 25:48 // S. Şahnazi, 05:34.
Olimpik Star. Saat 14:30.
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov.


EKOL – Liman 37:0
Qollar: F. Atakişiyev, 0:19, 0:47, 33:21, N. Məmmədkərimov, 01:50, 03:44, 05:18, 05:58, 06:36, 07:30, 11:59, 12:58, 13:19, 14:50, 20:20, 17:53, 21:38, 22:31, 32:21, 32:52, 33:57, 35:51, 36:11, 37:33, 37:43, R. Çovdarov, 08:12, 10:50, 30:22,  35:06, R. Əhmədov, 09:28, S. Məstiyev, 09:55, 16:50, E. Kürdov, 19:08, 19:48, Z. Fərziyev, 21:07, F. Əliyev, 27:35, S. Həmzəyev, 32:00, 33:12.
Hakimlər: Rahin Heybətov, Elmir Quluzadə, Elvin Ağayev.
Olimpik Star. Saat 16:30.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB