TOP 10

AFFA-dan klublara "cəza yağışı"

Futbol
Tarix: 2019-04-23 15:31

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, Premyer Liqanın XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

 

“Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində qonaq komandanın futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

"Sabah" - "Neftçi" görüşünün 56-cı dəqiqəsində eyni səbəbə görə qovulan meydan sahiblərinin müdafiəçisi Novruz Məmmədovun da cəzası belə olub. Qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib. 

 

I Diviziona gəlincə, XXIII turda “Qaradağ Lökbatan” – “Ağsu” matçında hər iki komanda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat cərimə olunub. Oyunun  64-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Xəyal Əmirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunub. 

 

“Keşlə-2” – “Zirə-2” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Şüvəlan” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 70-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub. 

 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB