TOP 10

Yarımfinalın hakimləri rəqəmlərin gözüylə

Futbol
Tarix: 2019-04-23 14:56

Azərbaycan Kubokunda ilk yarımfinal matçları gənc hakimlərə tapşırılıb. Sport24.az xəbər verir ki, bunlardan biri - Səbuhi Bayramov Premyer Liqada cari mövsümündə debütünü reallaşdırandan sonra bunu ölkə Kubokunda edəcək. 

 

Maraqlıdı ki, onun siftəsi məhz bu komandaların görüşündə baş tutub. Sadəcə, onda meydan sahibi “Zirə” olmuşdu ki, həmin vaxt “Sumqayıt”ı “Dalğa Arena”da qəbul etmişdi. Ayxan Abbasovun hazırkı komandasında debütündə baş hakim olan Bayramov 1:3 hesablı məğlubiyyətini qeydə alıb.  “Sumqayıt” Səbuhinin idarə etdiyi ikinci görüşdə də qələbə üzünə həsrət qalıb. 

 

Vüqar Həsənli isə Premyer Liqada debütünü ötən, Azərbaycan Kubokunda isə debütünü bu mövsüm reallaşdırıb. Maraqlıdı ki, bu yeganə matç məhz “Qarabağ”ın iştirakıyla olub. Qurban Qurbanovun komandası “Keşlə”ni Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabıyla məğlub etdiyi ilk matçda Həsənli idarəçilik edib. O, meydan sahiblərindən yeganə sarı vərəqəni ispaniyalı yarımmüdafiəçisi Dani Kintanaya göstərib. “Qarabağ” Həsənliylə mərkəzi arenada çempionat matçında da qələbəyə sevinib. 

 

Vüqarın bu mövsüm Qəbələyə yeganə səfəri diqqət çəkib. Belə ki, “Zirə”ylə ikinci dövrədəki həmin matç qatı duman üzündən yarımçıq dayandırlıb və qarşılaşma iki gün keçirilməli olub. Matçda qırmızı vərəqə qeydə alınsa da (baş hakim “Zirə”nin fransalı legioneri Bilal Həmdini 2-ci sarı vərəqəyə görə meydandan qovub), qol qeydə alınmayıb. “Qəbələ”nin prezideti Tale Heydərovun istefasından sonra ilk qarşılaşmasında – “Keşlə”ylə səfər matçında da Həssənli baş hakim olub və qələbə qazanıb. 

 

Vüqar Həsənli “Qəbələ”nin oyunlarında – 2 dəfə. 
1 dəfə qalib gəlib (Premyer Liqada səfərdə “Keşlə”yə) 2:1,  1 dəfə heç-heçə edib (Premyer Liqada evdə “Zirə”ylə 0:0), 7 futbolçusuna sarı vərəqə göstərib. 
Vüqar Həsənli “Qarabağ”ın oyunlarında – 2 dəfə. 
2 dəfə qalib gəlib (Premyer Liqada “Sumqayıt”la evdə 2:0, kubokda “Keşlə”ylə evdə 1:0), 1 futbolçusuna sarı vərəqə göstərib, qapısına penalti təyin etməyib.

Vüqar Həsənli Azərbaycan Kubokunda – 1 dəfə. 
4 sarı vərəqə göstərib (1-i meydan sahiblərinə, 3-ü qonaqlara), penalti təyin etməyib. 


Səbuhi Bayramov “Sumqayıt”ın qarşılaşmalarında - 1 dəfə.
1 dəfə heç-heçə edib (Premyer Liqada “Səbail”lə evdə 0:0), 1 dəfə uduzub (Premyer Liqada “Zirə”yə səfərdə 1:3), 3 futbolçusu sarı vərəqə göstərib, qapısına penalty təyin etməyib. 
Səbuhi Bayramov “Zirə”nin qarşılaşmalarında – 2 dəfə. 
1 dəfə qələbə qazanıb (Premyer Liqadaevdə 3:1), 1 dəfə heç-heçə edib (Premyer Liqada “Neftçi”ylə evdə 0:0), 5 futbolçusuna sarı vərəqə göstərib, qapısına penalty təyin etməyib.
 
Səbuhi Bayramov Azərbaycan Kubokunda debüt edəcək.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB