TOP 10

Yalnız "Qarabağ" və yeni finalçı

Futbol
Tarix: 2019-04-23 10:00

Azərbaycan Kubokunda cari mövsümün yarımfinal iştirakçılarından yalnız biri bu turniri qazanıb. Sport24.az xəbər verir ki, bu, aşkar favorit “Qarabağ”dı.

 

Ağdam klubu 1992-ci ildən keçirilən ölkə Kubokunun bütün mövsümlərində iştirak edərək 26-cı cəhdini edir. “Qarabağ”ın bunun 6-da turnirn qalibi olub. Bunlar 1993-cü ildə Ağasəlim Mircavadovun, 2006-cı ildə Böyükağa Ağayevin, 2009, 2015, 2016, 2017-ci illərdə Qurban Qurbanovun baş məşçqiliyi ilə reallaşıb. Son qələbə elə bu il də finalın keçiriləcəyi Naxçıvanda qazanılıb ki, rəqibi yarımfinalda üzləşəcəyi "Qəbələ" olub - 2:0. Ötən mövsümdə isə "Qarabağ" mübarizəni 1/4 finalda dayandırıb.

 

“Qəbələ” 3 dəfə finalda oynayaraq kubokun bir addımlığında büdrəyib. Bu, 2014-cü “Neftçi”yə (Bakıda 1:1. oyunsonrası penaltilərlə 3:4), 2017-ci ildə “Qarabağ”a (Naxçıvanda 0:2), 2018-ci ildə “Keşlə”yə (Qəbələdə 0:1) məğlubiyyətlə gerçəkləşib. “Qəbələ” indiyədək 5 dəfə yarımfinalda çıxıb edib. Bu komanda ardıcıl 4-cü dəfə bu mərhələyədək gəlib çıxır. Əvvəlki 3-ü sabiq baş məşqçisi Roman Qriqorçukla reallaşmışdısa, indi buna ukraynalı mütəxəssisi həmin vəzifədə əvəzləmiş Sənan Qurbanovla nail olunub.

 

“Zirə” tarixində ilk, "Sumqayıt" isə 2-ci dəfə yarımfinalda oynayacaq. "Gənclik şəhəri"nin təmsilçisi ötən mövsüm, turnirin gələcək qalibi "Keşlə"yə uduzub - səfərdə 0:1, evdə 1:1. Göründüyü kimi,  Azərbaycan Kubokunda yeni finalçı olacaq, hətta yeni qalib ola bilər. Bu turniri 8 komanda qazanıb ki, onlar “Qarabağ”la qələbə sayında şərikli rekordu “Neftçi”, habelə, “Kəpəz”, “Xəzər Lənkəran”, “Bakı”, “İnşaatçı”, “Şəfa” və son qalib “Keşlə”di (əvvəlki "İnter").

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB