TOP 10

"Neftçi"nin legioneri üçün mövsüm bitdi

Futbol
Tarix: 2019-04-23 09:18

Premyer Liqanınson turunda "Sabah”la oyunun 2-ci dəqiqəsində zədələnərək əvəzlənən "Neftçi"nin legioneri Kirio Petrovun vəziyyətinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, klub tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacağını açıqlayıb. 

 

Bu isə o deməkdir ki, Petrob üçün bu mövsüm artıq başa çatıb. O, ölkə çempionatında  son 3 turda - "Sumqayıt" (27 aprel), "Qəbələ" (5 may) və "Qarabağ"la (11 may) görüşləri buraxacaq.

 

Qeyd edək ki, Kiril Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.

 

 
21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB